ABŞ-ın İraqdakı səfiri Matthew Tueller bildirib ki, ölkəsi Bəsrədəki konsulluğu bağlamaq niyyətindədir.
Maide.Az xəbər verir ki, M.Tueller ABŞ-ın Bəsrədəki konsulluğunun təhlükəsizlik məsələlərinə görə bağlanacağını bildirib.
Qeyd edək ki, ABŞ səfirinin bu açıqlaması Bağdad – Vaşinqton arasında ABŞ ordunun 2021-ci ilin dekabrın 31-dək İraqdan çıxarılmasına dair stratejik danışıqlarından sonra verilib.