Xalq təbabəti xəzinəmizdən - Balqabağın faydaları

Balqabaq Meksika və mərkəzi Amerikada, təxminən, 7500 il əvvəl kəşf edilmiş bitki növüdür.
 
Bütün dünyada olduğu kimi ölkəmizdə də qabaqdan yeməklərdə, şirniyyat sənayesində və vitamin həblərində istifadə edilər.
 
100 qram balqabaqda 45 kkal enerji mövcuddur. A, C, E və K vitaminləri, həmçinin,  maqnezium, dəmir, mis və s. mineralları ehtiva edir. İnsan sağlamlığı üçün çox xeyri var.
 
İbn-Sina “Tibbnamə” əsərində bu bitkini xərçəng xəstəliyinə qarşı ən təsirli vasitə kimi irəli sürüb. Qaraciyərin fəaliyyətini bərpa edir, onu qoruyur, sağlamlıq üçün yumşaldıcı, sidikqovucu və tərqovucu xassəyə malikdir, susuzluğu aradan qaldırır, bişmiş balqabaq qızdırma və öskürəyə yaxşı təsir göstərir. Bu zəngin tərkibə malik qidanın faydaları ilə sizi tanış edəcəyik.
 
BALQABAĞIN ÜRƏK ÜÇÜN FAYDALARI
 
Balqabaqda xolestrol yoxdur, az miqdarda digər yağlardan var. Buna görə də ürək üçün faydalıdır. Tərkibindəki maqnezium sayəsində insanı infrakt, iflic kimi ciddi xəstəliklərdən qoruyur. Kalium, maqnezium və C vitamini isə qan təzyiqinin normal ölçüdə qalmasına kömək edir.
 
BALQABAQ XƏRÇƏNGƏ QARŞI TƏSİRİ
 
Balqabaq güclü antioksidantdır. Tərkibindəki retinol, yəni A vitamini sayəsində xərçəngə səbəb olan kimyəvi çirklənmənin qaşısını alır. Həmçinin C vitamini ağız və ağciyər xərçənginə qarşı effektlidir.
 
BALQABAĞIN SÜMÜKLƏRƏ FAYDASI
 
Balqabaq yemək onurğada mineralları artıraraq sümüklərin möhkəmlənməsinə kömək edir. Yuxarıda qeyd etdiyimiz kimi tərkibindəki maqnezium oynaq problemlərinin yaranmasının qarşısını alır. Ehtiva etdiyi dəmir, sink, fosfor kimi minerallar sümük xəstəliklərinin müalicəsində istifadə edilir.
 
BALQABAĞIN GÖZƏ FAYDASI
 
Tərkibindəki karotin və lutein gözdə korluğa səbəb olan katarakt və makula kimi xəstəliklərin qaşısını almaqda əhəmiyyətli rol oynayır. 1 fincan balqabaq suyunda,təxminən, 135 milliqram karotin, 2400 mikroqram lutein var.
 
BALQABAĞIN ÜŞAQLAR ÜÇÜN FAYDASI
 
Balqabaq çiy və ya bişmiş, istənilən halda uşaqlar üçün xeyirlidir. Uşaqlar üçün əvəzsiz qidadır. Dietoloqlar onu uşaqların mədə-bağırsaqları pozulan zaman verməyi məsləhət görurlər. Balqabağın çiy məti mədə-bağırsaqın düzgün işləməsinə kömək edir. Qəbizlikdə və köp zamanı balqabağın çiy şirəsi tövsiyə edilir. Şirəni uşaqa içirtdikdən sonra qısa vaxtda köp və ağrı keçir. Balqabaq anemiyalı uşaqların qidasında hər gün olmalıdır. Siz ondan şirə çəkə, salat və ya desert hazırlaya bilərsiz. Altı aylıq körpələrə balqabaq puresi vermək olar. /strateq. az /