Yəmən qüvvələri Damar vilayətində ABŞ-ın dronunu vurdular

 "Ənsarullah" hərəkatının hava hücumundan müdafiə qüvvələri işğalçı Səudiyyə Ərəbistanı dəstəkləyən  ABŞ-ın "MQ-9" çox məqsədli pilotsuz uçus aparatını Damar vilayətində raketlə vurub. 
 
Maide.Az xəbər verir ki,  bu barədə "Al-Masira" telekanalı xəbər verib.
 
Husilərin nümayəndəsinin sözlərinə görə, pilotsuz uçus aparatını vurduğu raket yerində modernləşdirilib və tezliklə mətbuat konfransında nümayiş etdiriləcək.
 
O, təcavüzkar Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının "Yəmənin hava məkanına daxil olmazdan əvvəl min dəfə düşünməli" olduğunu bildirib.
 
Husilərin nümayəndəsi deyib ki, bizim Yəmən üzərində səmada yad təyyarələrin görünməsinin qarşısını almaq üçün imkanlarımız var.
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək ABŞ və bir sıra digər Qərb ölkələrinin dəstəyi ilə Yəmənə amansız hücumlar  təşkil edir.  Bu təcavüz nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.