Yəmənlilərin Kərbəla hadisəsindən aldığı ibrət: Mübarizə davam etdiriləcək

Yəmən sakinləri Tasua və Aşura günlərində xüsusi mərasimlər vasitəsilə İmam Hüseynə (ə) öz məhəbbətlərini nümayiş etdirib. 
 
Maide.Az xarici kİV-ə istinadla xəbər verir ki, bu gün Yəmənin müxtəlif əyalətləri dünyanın digər ölkələri ilə birlikdə üçüncü şiə imamının və onun silahdaşlarının xatirəsinə həsr olunmuş xüsusi ayinlər keçirir.
 
Yəmənli “Ənsarullah” vebloqunun verdiyi məlumata görə, bazar günü əl-Hudeyda liman şəhərində matəm mərasimində elan edilmişdi ki, Aşura qiyamının ildönümü Yəmən xalqının dövrümüzün ən böyük canilərinin yəni ABŞ, İsrail, Səud və onların müttəfiqlərinin təcavüzünə qarşı qalxdığı bir vaxta təsadüf edir.
 
Mərasim iştirakçıları Kərbəlada baş verən hadisələrdən və İslam Peyğəmbərinin (s) sevimli nəvəsinin xeyir və din yolunda şəhadətindən ibrət almağın vacibliyini vurğulayıblar. 
 
Yəmənin İbb əyalətində təşkil olunan mərasimdə İmam Hüseynin (ə)  və silahdaşlarının Kərbəla səhrasında göstərdiyi şücaətdən nümunə götürərək şər və təcavüzə qarşı mübarizə aparmağın vacib olduğu bildirib. Mərasim iştirakçıları İmam Hüseynin (ə) qiyamının dayanmadığını və ədalətin bütün dünyada yayılmasına qədər davam edəcəyini vurğulayıblar.
 
Oxşar matəm mərasimləri Yəmənin digər əyalətlərində, o cümlədən Taiz, Rayma və Saadda da keçirilib.