Yəməndə 2019-cu ildə 350 min nəfər evlərini tərk edib

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya İdarəsi Yəmən ofisinin sosial media səhifəsində yayımlanan yazılı açıqlamada, ölkədəki qarşıdurmalar səbəbilə 2019-cu ilin əvvəlindən bu yana təxminən 350 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

 
Maide.Az FaktXəbər-ə istinadla xəbər verir ki, lazımi yardımları təqdim etmək məqsədilə qaçqınların vəziyyətinin yaxından təqib edildiyi bildirilən açıqlamada, insanların həyatlarını xilas etmək üçün verilən sözlərin yerinə yetirilməsinin zəruri olduğu vurğulanıb.
 
BMT-nin 2019-cu il iyul hesabatına görə, 2016-cı ildən bu yana ölkədə 70 min adam dünyasını dəyişib.
 
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadinin buna etiraz edən xalqa qarşı zorakılığından sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Uzunmüddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.