Yəmən: ‘Hər an Səudiyyəni vura bilərik’

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi, Səudiyyə Ərəbistanındakı xarici vətəndaşlara ölkəni tərk etmələri barədə xəbərdarlıq edib. Bu barədə "əl-Masirah" telekanalı məlumat yayıb. 

 Məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, pilotsuz təyyarələrimiz Səudiyyə Ərəbistanının neft emalı zavoduna uğurlu əməliyyat həyata keçirib.

Yəmən ordusu tərəfindən hədəfə alınan Səudiyyə müəssisələrində iştirak edən şirkətlər vətəndaşlarını bu ölkədən çıxarsınlar. Hər an Səudiyyəni vura bilərik: 

 "Səudiyyə Ərəbistanın istənilən nöqtəsini istənilən anda vura bilərik. Rəsmi Riyad hesablamalarını yenidən nəzərdən keçirməli və Yəmən hücumuna son verməlidir".  /eastnews.org/