Yəmən: `Bütün qırmızı xətləri keçərək Səudiyyənin dərinliklərini vurarıq`

Yəmənin Ənsarullah Hərəkatının rəhbəri Əbdul Malik Bədrəddin Əl-Husi Yəmən xalqının 21 sentyabr şənbə gecəsi inqilabının beşinci ildönümü münasibətilə çıxış edib. 
 
Maide.Az "FaktXəbər"a istinadla xəbər verir ki,  o bildirib ki, Səudiyyə rəhbərliyindəki koalisiyanın Yəməni blokadaya alması, bombardmanları dayanmasa, Yəmən Ordusu və xalq komitələri bütün qırmızı xətləri tapdalayaraq Səudiyyə Ərəbistanının dərinliklərini vuracaqlar:
 
"Səudiyyə Ərəbistanı hərbi təcavüzkarlığını, hava hücumunu və Yəmən blokadasını dayandırarsa, Yəmən ordusu dron hücumlarını və Səudiyyə Ərəbistanı hədəf alan raket hücumlarını dayandıraraq cavab verəcək."
 
Xatırladaq ki, 14 sentyabrda Yəmən Səudiyyənin "Aramco" neft müəssisələrinə 10 ədəd dronla hücum edərək zavodun işinin 50%-ni dayandırıb.