Yəmən ordusu əməliyyat keçirdi düşmənin 1000 əsgərini əsir aldı

Yəmən ordusu Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinə qarşı keçirdiyi əməliyyatda 350 kvadrat kilometr ərazini düşməndən təmizləyib, 1000 nəfəri əsir alıb və 500 nəfəri öldürüb.

Maide.Az bildirir ki, bunu Yəmən ordusunun mərbuat katibi general Yəhya Səri bu gün keçirdiyi mətbuat konfransında düşmənə qarşı keçirilmiş əməliyyatın bəzi təfərrüatını açıqlayarkən bildirib.

O deyib ki, 4 ay öncədən hazırlanmış bu əməliyyatdan əsas məqsəd hücum zamanı qaçmaqda olan düşməni əvvəlcədən müəyyən edilmiş əraziyə cəlb edərək tələyə salmaq olub ki, buna da nail olunub.

Onun sözlərinə görə, əməliyyat zamanı raketlərdən, toplardan və dronlardan istifadə olundub. "Dronlarla ər-Riyada qədər ərazidə reyd keçirilib və düşmənin əməliyyat keçirilən mövqelərə yaxınlaşmasının qarşısı alınıb. Dron və topların köməyilə Apaçi vertolyotların əməliyyat gedən ərazilərə yaxınlaşmasının qarşısını alınıb."