Yəmənin Sədə şəhərinin İmam Hadi (ə) adına Came məscidində "İmam Hadi (ə), elm və əməl, cihad və əvf" adlı mədəni seminar keçirilib.
Maide.Az İQNA-a istinadla xəbər verir ki, seminar Oktaybar ayının 6-da İmam Hadinin (ə) Yəmənə gəlməsinin ildönümü münasibəti ilə Sədə şəhərinin İslami irşad və fondlar idarəsinin təşəbbüsü ilə təşkil edilib.
Seminarda İmam Hadinin (ə) Yəmənə gəlişi və o həzrətin (ə) Yəmənlilərin qaranlıqdan iman nuruna hidayəti barədə danışılıb.
Yəmənlilər bu parlaq ulduzun (ə) düşüncələrinin Quran söykəndiyinə və həmçinin onların düşmən qarşısında bu günki müqavimətinin O həzrətin (ə) səfərinin səmərəsi olduğuna inanırlar.
İmam Hadinin (ə) bu bərəkətli səfəri indiyədək onların bəsirət və şücaətində, Yəmənlilərin qələm və qılınca sarılmasında öz təsirini qoymaqdadır.