Yəmən ordusu Səudiyyə ordusuna məxsus vertolyotu vurdu

 Yəmən ordusu Hava Hücumunda Müdafiə Qüvvələri Səudiyyə Ərəbistana məxsus “Apache” hərbi vertolyotunu Əsir vilayəti ərazində vurub. 

 Bu barədə Yəmən ordusunun rəsmisi briqada generalı Yəhya Sari məlumat verib. 

 Onun sözlərinə əsasən, Səudiyyə Ərəbistanına məxsus “Apache” vertolyotu Əsir vilayətində hərbi əməliyyatlar zamanı yeni yer-hava raketi vasitəsilə vurulub.

Yəmən ordu rəsmisi yeni raket barədə daha sonra açıqlama verəcəklərini bildirib.   

Vurulan vertolyotun iki heyət üzvünün öldüyü və vertolyotun tam məhv edildiyi qeyd edilir.   

Yəmən ordu rəsmisi Yəmən hava məkanını pozmaq istəyənlərin müqavimət göstəriləcəyi və hava sahəsini tam mühafizə edənə qədər gücləndirmə işlərini davam edcəklərini vurğulayıb. 

 Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. /eastnews.org/