Yəməndə 5 ildə 15 min 420 mülki şəxs öldürülüb

Yəməndə 5 il davam edən müharibədə 15 min 420 mülki şəxs öldürülüb,  23 min mülki şəxs isə yaralanıb.  
 
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki,  bunu Yəmən İnsan Haqları Pozuntularına Nəzarət Birliyi "10 dekabr Ümumdünya İnsan Hüquqları Günü" ilə əlaqədar yayımladığı hesabatda bildirib. 
 
Hesabatda Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdiyi gündən indiyədək ölkədə 4 min 272 mülki şəxsin qaçırıldığı, 6 min 352 uşağın  hərbi məqsədlərlə xidmətə götürüldüyü qeyd edilib. 
 
Səudiyyə rejimi Yəməni  qurudan, dənizdən və havadan blokadada saxlayır.  Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün kəskin ərzaq və dərman qıtlığına səbəb olub.