Yəmənə yenidən hücum etdilər

Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin Hudeyda şəhərində atəşkəsi yenidən pozub.  

 
Bu barədə paytaxt Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.  
 
Məlumatda vurğulanır ki, Hudeyda şəhərində son 24 saat ərzində atəşkəs 174 dəfə pozulub.  
 
Təkcə dünən 6 Piltosuz Uçan Aparat ilə Hudeyda şəhərinə hücumlar həyata keçirilib.