Yəmən: ‘BMT-nin xüsusi nümayəndəsi dürüst deyil’

Yəmən Milli Qurtuluş Hökumətinin İnformasiya naziri Zeyfullah al-Şəmi, Birləşmiş Millətlər Təşkilatının baş katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Qriffitsi qınayaraq, onun addımının, Yəmənin dağılmasında Britaniyanın rolunu əks etdirdiyini vurğulayıb.
 
Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki, o, Griffitsin Yəmən xalqı və azad dünya üçün etdikləri, Yəmənin, istər sülh istərsə də müharibə yolu ilə dağılmasında Britaniyanın şübhəli rolunu əks etdirdiyini vurğulayıb. Zeyfullah al-Şəmi, Griffitsin vəzifəsini yerinə yetirərkən heç bir müvəffəqiyyət qazanmadığını, yalnız onların sülh və təhlükəsizliyə çatmaq üçün liderlərinin səylərindən istifadə etdiyini vurğulayıb.