Yəmənin işğal altındakı ərazilərinə 'Patriot' sistemləri quraşdırılmasına etiraz edildi

Yəmənin Ali İnqilab Şurasının sədri Məhəmməd Əli Husi ABŞ-ı tənqid edib.  

 
Məhəmməd Əli Husi açıqlamasında vurğulayıb ki, ABŞ Yəmən xalqının mühasirəsinə və qətliamına görə məsuldur.  
 
"Çünki işğalçılar xalqımızı ABŞ-ın istehsal etdiyi və satdığı silahlarla qətliama məruz qalırlar. Bu barədə dəfələrlə BMT-yə şikayət etsək də heç bir müsbət nəticə ortada yoxdur", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.
 
  O, qeyd edib ki, haı hazırda Yəmənin Şabvah vilayətinin Bəlhaf deyilən sahil bölgəsində işğalçıların nəzarətindəki ərazilərdə ABŞ-a məxsus 10 vertolyot, 30 zirehli hərbi texnika, 4 Patriot sistemi və 110 ABŞ əsgəri mövcuddur.  
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanında məşhur olan sosial şəbəkə fəalı və müxalif şəxs olan "Müctehid" ləqəbli "twitter" istifadəçisi də Bəlhaf bölgəsində sözügedən ABŞ hərbi varlığı barəsində yazmışdı.