Yəməndə Quran yarışı keçiriləcək

Ramazan ayında Yəməndə  Quran yarışması keçiriləcək. 

Maide.Az xəbər verir ki,  "Aden Time" qəzetinin məlumatına görə,  tərtil üzrə keçiriləcək  Quran yarışması  Aden radiosu ilə  yayımlanacaq.  

Müsabiqə 7 kateqoriya üzrə keçiriləcək. 

Artıq yarışma iştirakçılarının qeydiyyatı balayıb və aprelin 4-dək davam etdiriləcək. 

 Müsabiqənin qaliblərinə böyük mükafatlar xüsusi mərasimdə təqdim olunacaq.