Yəmənin paytaxtı Sənada sel - FOTO

Güclü yağışlar Yəmənin paytaxtı Sənada fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. 

Maide.Az xəbər verir ki, Sənanın bəzi hissəsində  sel və daşqınlar  evlərə, yol və körpülərə ziyan vurub. 

Daşqınlar nəticədə Əl-Sab'in bölgəsində iki nəfərin itgin düşməsinə səbəb olub. 
 
Qyed edək ki, aprel ayının əvvəlində də Yəməndə sel fəlakəti səbəbiylə ölkənin cənubunda 4625 ailə evlərindən didərgin düşmüşdü.  
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb. 
 
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün kəskin ərzaq və dərman qıtlığına səbəb olub.