Yəmənli lider Səudiyyə Ərəbistanına təklif verdi

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi Səudiyyə Ərəbistanında baş verən iqtisadi böhrana münasibət bildirib.

Məhəmməd Əli əl-Husi açıqlamasında vurğulayıb ki, Səudiyyə Ərəbistanı iqtisadiyyatını xilas etmək üçün müharibəni dayandırmalıdır.

"Muzdlu döyüşçülərə xərclənən pullar dayandırılsa iqtisadiyyatları düzələr. Onlar bütün güclərini Yəmən xalqını məğlub etməyə yönəldiblər", - deyə Məhəmməd Əli əl-Husi diqqətə çatdırıb.

O, qeyd edib ki, Səudiyyə Ərəbistanı səsləndirilən bir çox təkliflərə məhəl qoymadan hücumları da dayandırmır. /eastnews.org/