Yəmən ordusu Səudiyyənin paytaxtını balistik raketlərlə vurub

Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanın  paytaxtı Ər-Riyad şəhərinə pilotsuz uçan aparat və ballistik raketlərlə hücum edib. 
 
Maide.Az  “tasnimnews”a istinadla xəbər verir ki, bunu  Yəmən Silahlı Qüvvələrinin sözçüsü plokovnik Yəhya Sariə  deyib. 
 
Y.Sariə öz tiwitter səhifəsində bildirib ki, tezliklə bu əməliyyatın detallarını açıqlayacayıq. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı mətbuatının məlumatına görə, Yəmən ordusunun Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərinə pilotsuz uçan aparat və ballistik raketlərlə hücum edib. 
 
Səudiyyə Ərəbistanı Hava Hücumundan Müdafiə Qüvvələri açıqlama verərkən bildirib ki, hədəfləri məhv edib.   Lakin yayımlanan digər məlumata əsasən, raketlərdən bəziləri hədəfə çatıb.   Həmçinin Yəmən ordusunun Səudiyyə Ərəbistanında əməliyyatlarının ötən gecədən bu gün səhərə qədər davam etdiyi qeyd edilir.   
 
Xatırladaq  ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.