bu gün səhər saatlarında Yəmənin Səada vilayəti yenidən aviazərbələrə məruz qalıb.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, Səada vilayətinin əl-Məqaş bölgəsinə endirilən aviazərbələr nəticəsində 6 mülki şəxs həlak olub.
Həlak olanların arasında uşaqların da olduğu və Yəmən qüvvələrinin bölgədə əlavə tədbirlər gördüyü qeyd olunur.