Yəmənin paytaxtında sel 3 nəfərin həyatına son qoydu

Yəmənin paytaxtı Sənada güclü yağış sel və daşqınlara səbəb olub. 
 
Maide.Az  “almasirah”ə istinadla xəbər verir ki,  Səna şəhərinin meri  Həmud  İbad  ildirib ki,  ötən gecə yağan güclü yağış  şəhərin bəzi məhəllərində infrastruktura ziyan vurub. 
 
Onun sözlərinə görə, sel nəticəsində 3 nəfər həyatını itirib.    Evlərə və mağazalara ziyan dəyib. 
 
Selin vurduğu ziyanın aradan qaldırılması istiqamətində  işlər görülür.