Yəməndə Səudiyyə rejiminin koalisiyasının onlarla üzvü öldü

Yəmənin mərkəzində baş verən güclü partlayış Yəmənin Əl-İslah (Müsəlman qardaşları) Partiyası ilə əlaqəli onlarla ünsürün ölümünə və yaralanmasına səbəb olub.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Məarib vilayətindəki hərbi mənbələr bu gün (15 avqust) səhər əyalətin Matarah Naxla bölgəsində güclü partlayış olduğunu bildirib.
 
Yəmən mediasının verdiyi xəbərə görə, dünən gecə saatlarında baş verən partlayışda Əl-İslah partiyasının və Səudiyyə rejiminin koalisiyasına bağlı olan qəbilələrin onlarla üzvü ölüb və yaralanıb. Səudiyyə rejiminin koalisiyasına bağlı mənbələr hadisə ilə bağlı hələ açıqlama verməyib.
 
Sözügedən hərbi mənbələrə görə, partlayış Əl-İslah partiyası və onunla əlaqəli qəbilələrin Yəmən ordusu tərəfindən Məarib şəhərinin azad edilməsinin qarşısını almaq yollarını müzakirə etmək üçün Matarah Naxladakı toplantıda iştirak edərkən baş verib.
 
Öldürülənlər arasında Həsən Möhsün Batran Əl-Ubeydi, Mücahid bin Nassər Qamad Əl-Ubeydi və Əbdüləziz Əl-Qəşm Əl-Ubeydi kimi tanınmış yerli və partiya xadimləri var.
 
Partlayışın səbəbi hələ məlum deyil, lakin bəzi mənbələr Yəmən ordusu və Ənsarullahın toplantıya raket atması ehtimalını istisna etmir.
 
Xatırladaq ki, avqustun 14-ü Ənsarullah Məarib əyalətinin qərb hissəsində əməliyyatlarını yenidən bərpa edib.
 
Məaribin qərb cəbhələrindən gələn son xəbərlərə görə, Ənsarullah hücumları Əl-Muxdarahın şimal cəbhəsindən, Əl-Cadaan, Əl-Bannat bazasından şərqdə, Əl-Karat, Əl-Sahda, Mafraq Hilan, Əl-Sahil, Əl-Süveyda və Əl-Harmal bölgələri, Madqullah mərkəzindən şərqə qədər keçirilir.