Yəməndə yanacaq da tükənməyə başladı

Yəmənin paytaxtı Sənadakı hökumətə tabe olan Dövlət Neft Şirkəti Hudeyda limanındakı yanacaq tankerləri ilə bağlı açıqlama yayıb.

 
Açıqlamada vurğulanıb ki, Hudeyda limanındakı yanacaq tankerlərində artıq rezerv qalmayıb.
 
"Səudiyyə Ərəbistanı ölkəmizə gələn neft tankerləri olan gəmiləri qanunsuz olaraq ələ keçirib. Artıq şəhərdə yanacaq problemi də yaşanmağa başlayıb", - deyə rəsmi açıqlamada diqqətə çatdırılıb.
 
Qeyd olunub ki, Hudeyda şəhərində baş verən istənilən humanitar böhrana görə məsuliyyəti Səudiyyə Ərəbistanı və müttəfiqləri daşıyacaq.
 
Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.  
 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur.  
 
Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.  /eastnews/