Yəmənə bütün uçuşlar yanacaq çatışmazlığı səbəbindən dayandırılır

Yəmən Milli Qurtuluş Hökuməti ölkənin paytaxtı Səna Beynəlxalq Hava Limanına bütün uçuşların yanacaq çatışmazlığı səbəbindən dayandırılacağını açıqladı.
 
Maide.Az xəbər verir ki,  əmən Milli Qurtuluş Hökumətinin Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilir ki,  Səudiyyə Ərəbistanının  mühasirəsi nəticəsində  Səna beynəlxalq hava limanının fəaliyyəti üçün lazım olan yanacaq olmadığında hava limanı fəaliyyəti çərşənbə günündən dayandırılır. 
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.