Yəməndə möhtəşəm Peyğəmbər (s) mövludu - VIDEO

İslam Peyğəmbəri, Həzrət Muhəmmədin (s) mübarək mövlud günləri dünya ölkələrində böyük coşqu ilə qeyd olunur.

 
Maide.Az xəbər verir ki, Yəməndə keçirilən əzəmətli mövlud bayramında milyonlarla insan iştirak edib. Böyük meydanlar axışan xalq sevimli Peyğəmbərimizə (s) sevgilərini ifadə ediblər.
 
Həzrət Rəsulallahın (s) adı yazılmış yaşıl parçanın ətrafında toplaşan milyonlar sanki bu nurun işığına doğru gələn və xilas olan insanları simvolizə ediblər.
 
Qeyd edək ki, son günlər Avropada, xüsusilə də Fransada islam əleyhinə səslənən bəzi fikirlərə bu görüntülər möhtəşəm cavabdır.
 
Xatırladaq ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i (29 oktyabr) , şiələr isə 17-i (3 noyabr) qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
 
Videonu təqdim edirik: