Yəməndə 3 ildə ABŞ-ın hücumları nəticəsində ölənlərin sayı açıqlanıb

2017-ci ildən Yəməndə 86 dinc sakin ABŞ qoşunlarının keçirdiyi hücumların qurbanı olub.

 
 “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniya məxsus, münaqişə zonalarında dinc əhali arasında qurbanların monitorinqi ilə məşğul olan “AirWars” təşkilatının hesabatında deyilir.
 
Sənədə əsasən, ABŞ-ın hərbi qüvvələri 2017-ci ildən Yəməndə əsasən havadan 190 hücum təşkil edib, nəticədə onlarla mülki şəxs həlak olub.
 
Hesabatda deyilir ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Donald Trampın Birləşmiş Ştatlara başçılıq etməsindən az sonra elan edib ki, "Al-Qaida"nın özəyinə zərbə nəticəsində ərəb yarımadasında 12 dinc sakin öldürülüb. Amma məruzə müəllifləri iddia edirlər ki, hücumun qurbanı 20 dinc sakin olub.
 
Təşkilat bildirib ki, Yəməndə 2017-ci ildə daha iki reyd keçirilib. Nəticədə mülki əhali arasında qurbanların sayı artıb.
 
Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.