Yəmən jurnalistləri həmkarlar ittifaqı jurnalistlərin ölümündə təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.
Bu barədə Həmkarlar İttifaqı 2 Noyabr - Jurnalistlərə qarşı Cinayətlərin Cəzasızlığına Qarşı Beynəlxalq Günü münasibətilə müvafiq müraciət edib.
Müraciətdə son on ildə ölkədə 44 jurnalistin öldürüldüyü, yüzlərlə adamın həbs olunduğu və 2000 söz azadlığının pozulması hadisəsinin qeydə alındığı bildirilir.
Qeyd edək ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.