Yəmən: Dünya ölkələri uşaq qatili Səudiyyə rejiminə silah satmasın

Yəmən danışıqlar heyətinin başçısı Səudiyyə rejiminə silah satışını dayandırmaq üçün addım atan ölkələri alqışlayıb. 

 Yəmən danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssalam verdiyi açıqlama zamanı bildirib ki, addımlar atan ölkələri qiymətləndirir, dünyanın digər ölkələrini də bu istiqamətdə hərəkət etməyə çağırırlar: 

 "Bu ölkələr Səudiyyə Ərəbistanının Yəməni vəhşicəsinə işğal etməsinə qarşı ən azı bir humanist mövqe tutduqlarını göstərmək üçün bu istiqamətdə bir addım atmalıdırlar". 

 Dünən Səudiyyə Xarici İşlər naziri Adil Cubeyri Almaniyanı Riyada silah satışını əngəllədiyinə görə tənqid edib.

O, Səudiyyə Ərəbistanının Almaniya silahlarına ehtiyac duymadığını iddia edib.

Xatırladaq ki,  artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. /eastnews/