Yəməndəki din xadimləri İsrail ilə barışan dövlətlərə çağırış etdilər

Yəmənin "İslam Alimləri Cəmiyyəti" İsrail və ABŞ ilə bağlı bəyanat yayıb.   
 
Bəyanatda bildirilir ki, bəzi ərəb ölkələrinin İsrail ilə diplomatik münasibətləri adiləşdirməyə dair müqavilələrin imzalaması müsəlmanlara arxadan vurulan zərbədir.  
 
 "ABŞ və işğalçı İsrail rejimi ilə istənilən yaxınlaşma haramdır. Fələstinli müsəlmanların qanının tökülməsinə şərik olmaqdır", - deyə bəyanatda diqqətə çatdırılıb.  
 
 Qeyd olunub ki, Yəmən xalqı və müsəlmanlar daim düşmən fitnələri qarşısında diqqətli olmalıdırlar. /eastnews.org/