Yəmənli rəsmi Qüds uğrunda müharibədən danışdı

Yəmənin Ali İnqilab Şurasının üzvü Məhəmməd Saleh ən-Nəimi Qüds ilə bağlı açıqlama verib.   

Məhəmməd Saleh ən-Nəimi açıqlamasında bildirib ki, İsrail rejimi Yəməndə hər prosesə aşkar şəkildə müdaxilə edir. 

 "Biz də İsrail rejiminə adekvat olaraq cavab verəcəyik. Qüdsün azadlığı uğrunda başladılacaq müharibədə Yəmən ilk cərgədə yer alacaq", - deyə Məhəmməd Saleh ən-Nəimi diqqətə çatdırıb. 

 O qeyd edib ki, Yəmən müqaviməti bu gün Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri, ABŞ, İsrail rejimi və beynəlxalq imperialistlər qarşısında dayanıb. /eastnews.org/