Əfqanıstanda baş verən partlayış nəticəsində 8 polis və bir hərbçi ölüb

Əfqanıstanın qərbindəki Herat vilayətində baş verən partlayış nəticəsində səkkiz polis məmuru və bir hərbçi həyatını itirib.
 
Bu barədə RİA "Novosti"yə təhlükəsizlik qüvvələrindəki mənbə məlumat verib.
 
Məlumata görə, partlayış polis idarəsinin yerləşdiyi ərazidə baş verib.
 
Partlayıcı qurğu avtomobilə yerləşdirilib. /salamnews/