Yaponiya 6G-yə keçir

Yaponiya hakimiyyəti 2030-cu ilə qədər ölkənin 6G sisteminin tətbiqi ilə bağlı hazırlıqlara başlamaq qərarına gəlib. Bu barədə NHK telekanalı xəbər verib.

 
Hazırlıq çərçivəsində texniki mütəxəssislər, özəl biznes nümayəndələri və müvafiq şöbələrin nümayəndələrindən ibarət ekspertlər şurası yaradılacaq. Sözügedən mütəxəssislər yay aylarında yeni formata keçid üçün hərtərəfli strategiya hazırlamalı olacaq.
 
Qeyd edək ki, otən ilin noyabr ayında Çin 6G-nin tətbiqi ilə bağlı hazırlıqlara başlayıb. /faktxeber