Avqustun 24-də Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Fukusima prefekturasının Namie kəndindən 128 kilometr şərqdə yerləşib.
Dağıntılar və zərərçəkənlərin olması barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb. /Trend