Yaponiyada güclü yağışlar, 52 nəfər öldü

Yaponiyanın cənub-qərbində güclü yağışlar nəticəsində 52 nəfər ölüb.

 
Yağıntılar zamanı xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. 12 nəfərin itkin düşdüyü bildirilir.
 
Məlumata görə, ölənlərdən 51 nəfəri Kyusyu adasının Kumamoto prefekturasının, 1-i isə Fukuoka prefekturasının sakinidir.
 
Şənbə günündən başlayan yağıntılar nəticəsində Kyusyu adasında təxminən 7 min insan işıqsız qalıb. Fəlakət bölgəsinə xilasedicilər və 10 min hərbi qulluqçu göndərilib.
 
Yaponiyanın Baş Meteoroloji İdarəsi intensiv yağışlara görə üç prefekturanın təhlükə altında olduğunu açıqlayıb. /qafqazinfo/