Yaponiyada zəlzələ olub, xəsarət alanlar var

Yaponiyanın şimal-şərqində baş verən zəlzələ nəticəsində bir neçə nəfər xəsarət alıb.

 
Maide.Az  xəbər verir ki, bu barədə “Kiodo” agentliyi bildirib.
 
Qeyd edilir ki, təbii hadisə zamanı Aomori və İvate prefekturalarında üç nəfər yaralanıb. Qeyd edilir ki, onlardan 2-si 80 və 70 yaşlı qocalardır.
 
Meteoroloqlar yeraltı təkanların hələ bir həftə davam edəcəyi və yaxın 2-3 gün ərzində xüsusilə güclü olacağı barədə xəbərdarlıq ediblər.
 
Hökumət baş nazir yanında fövqəladə qərargah yaradıb.
 
Yaponiyada zəlzələ şimal-şərqdəki İvate prefekturası sahillərində yerli vaxtla saat 2:46-da (Bakı vaxtı ilə saat 21:46-red) 6 bal gücündə baş verib. Zəlzələ ocağı 50 kilometr dərinlikdə yerləşib.
 
Sunami təhlükəsi yoxdur. Yeraltı təkanlar 12 prefekturada hiss edilib.