Yatarkən telefonu özünüzdən uzaq tutun – TƏHLÜKƏLƏR VAR

Smartfonlar və digər qadjetlərdəki radiotezlikli şüalanmalar insan bədəninin toxumaları tərəfindən udulur və onun sağlamlığına mənfi təsir göstərə bilər.
 
Bu barədə həkim-nevroloq Mariya İqnatova qadjetlərin yanında yatmağın təhlükələri və smartfonundan bir dəqiqə də ayrı düşməyənlərin sağlamlığı üçün olan təhdidlər barədə danışarkən bildirib.
 
“Bəzi araşdırmaların məlumatlarına görə, smartfonların radiotezlikli şüalanması sonsuzluq, xərçəng xəstəlikləri, nevroloji və psixi pozğunluqların inkişaf riskini artırır”, – deyə o, qeyd edib.
 
İqnatova deyib ki, uşaqlar, hamilə qadınlar, ürək-damar, sinir, immun sistemi ilə bağlı pozuntuları olan insanlar radiotezlik sahələrinə qarşı daha həssasdırlar. Lakin smartfonların radiotezlikli şüalanmasının insan orqanizminə təsirinə dair etibarlı məlumatlar hələ yoxdur.
 
Böyüklər və uşaqların sağlamlığı üçün ən təhlükəlisi smartfonlardan sutkanın qaranlıq vaxtı istifadədir.
 
“Telefonun mavi ekranı gözlərə, bioloji ritmlərə mənfi təsir edir, yuxusuzluq, başağrıları, işqabiliyyətinin azalması, yaddaş pozğunluğuna və gözlərin distrofik xəstəliklərinə səbəb olur”, – deyə həkim-nevroloq aydınlıq gətirib.
 
O əlavə edib ki, smartfon asılılığı olanlar onu yatdıqları və dincəldikləri yerdən kifayət qədər uzaqda və elektrik enerjisinə qoşulu olmadan saxlamalıdır. / shafaqna.com /