Youtube Short istifadəyə verildi – TikTok-a rəqib gəlir

TikTok-un qısa müddətdə qazandığı uğur digər sosial şəbəkələrin də diqqətini çəkir. Google bu rəqabətə tab gətirmək üçün YouTube-dan istifadə edib.
 
Maide.Az "ted.az" a istinadla xəbər verir ki, şirkət tətbiqin mobil versiyasına yeni xüsusiyyət artırıb. Youtube Shorts adlanan bu funksiya istifadəçilərə yaratdıqları məzmunu YouTube daxilində yayımlamağa imkan verir. Mobil yönümlü olan Short videoları şaquli axınla göstərir. Hazırda ABŞ-da satışa çıxarılan Short-ların qısa müddətdə qlobal satışa təqdim edilməsi gözlənilir.
 
Sjort videoları çox uğurlu alınıb və beta versiyası 3,5 milyard baxış toplayıb. Xeyli aktiv istifadəçisi olan YouTube Shorts xüsusiyyəti ilə TikTok-un ən böyük rəqibi olacaq.
 
Qeyd edək ki, sürətlə böyüyən TikTok-un aktiv istifadəçi sayı bu yaxınlarda 1 milyarda çatıb.