Qüds və Məscidül-Əqsanın işğalının 53-cü ildönümü münasibətilə bir araya gələn vətəndaş cəmiyyəti təşkilatları 7 iyun darixində “İnformasiya Texnologiyaları üzrə Beynəlxalq Qüds Günü” ilə bağlı tədbir keçirəcək.
Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, "Qüds müqavimət edir" şüarı ilə keçiriləcək tədbir, Qüds və Məscidül-Əqsanı tanıtmaq və Qüdsdəki insan haqlarının pozulmasına diqqət çəkmək məqsədi daşıyır.
Tədbir radio və televiziya verilişləri, həmçinin sosial media hesabları ilə dəstəklənəcək.