Yüzə yaxın Səud əsgəri öldürülüb

 

Yəmən Silahlı Qüvvələri işğalçı Səudiyyənin birtərəfli qaydada atəşkəsi pozmağa davam etdiklərini və Yəmənin əl-Bayda və Marib əyalətlərində iki cəbhədə irəliləməyə çalışdıqlarını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Seri tviotter hesabından bildirib ki, işğalçıların təhlükəli hərbi gərginliklər üçün nəticələri olacaq və bu axmaqlıqların və gərginliyin nəticələrini çəkməli olacaqlar:
 
"İşğalçı döyüş təyyarələri son 12 saatda 25 dəfə hücum ediblər, bunun 23-ü yalnız bir saat ərzində Marib vilayətindəki işğalçı qoşunları dəstəkləmək və irəliləməyə çalışmaq üçün baş verib.
 
Yəmən ordusu və xalq qüvvələri əl-Cəvf əyalətinin Xab və əl-Şaf bölgəsində və Maarif əyalətinin Sarvah bölgəsində işğalçı qüvvələrin irəliləməsinin qarşısını alıblar və döyüşlər zamanı yüzə yaxın Səud əsgəri öldürülüb və çoxlu sayda yaralı var. İşğalçılar hər hansı bir irəliləməyə nail olmayıblar."