ÜZÜRSÜZ SƏBƏBDƏN BORCUNU ÖDƏMƏYƏN KƏS GÜNAHKARDIR!

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 280-cı ayəsində buyurur:

وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَن تَصَدَّقُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Əgər (borclu şəxs) sıxıntı və ehtiyac içində olarsa, onda imkanı olana qədər ona möhlət verin. (Həqiqətən ödəməyə imkanı çatmadıqda, borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır, əgər (bunun nəticəsini) bilsəydiniz!”

Bu ayədə borcluya möhlət vermək tapşırılsa da, borclu şəxs bu tapşırıqdan sui-istifadə etməməlidir. Çünki üzürsüz səbəbdən borcunu ödəməyən kəs günahkardır. Hədisdə belə nəql olunur: Üzrü olmadan borcunu ödəməyənlər üçün oğurluq günahı yazılar. Möhlət verənlər üçün isə şəhidlərin mükafatı qeyd olunar. Borcluya verilən möhlətin hər günü üçün həmin məbləğdə sədəqənin mükafatı qeyd olunar.” (“Təfsiri-Bürhan”.)

Bu ayə bizə tövsiyə edir ki, imkanı çatmayan borclunu bağışlamaq sizin üçün daha yaxşıdır. Çünki:

a) Bəlkə də sabah sizin özünüz üçün də belə bir vəziyyət yaransın.

b) Mal nə vaxtsa unudulur, amma imkanı olmayana bağışlamaq heç vaxt unudulmur.

v) İmkansızın və Allahın razılığını qazanmaq adi qazancdan qat-qat üstündür.

Fiqhi hökmlərdə deyilir: Üzürlü borclunu həbs etmək qadağandır. Borclu şəxsin həqiqətən borcu ödəmək imkanı yoxdursa, onun borcunun ödənməsi İslam quruluşunun vəzifəsidir.

BİLDİRİŞLƏR

1. İslam zəifliyə düçar olmuşların himayədarıdır.

2. Borcu geri alarkən müdara edin.

3. Borcun ödənməsi üçün vaxt təyini borclunun gücünə uyğun olmalıdır.

4. İmkanı çatan borclunu borcunu ödəməyə məcbur etmək olar.

5. Fəqirə onun borcunu bağışlamaq sədəqədir.

6. İslamın hüquqi və iqtisadi nizamı onun əxlaqi nizamı ilə bağlıdır. Borcu geri almaq haqq olsa da, möhlət vermək və bağışlamaq tövsiyə olunur.

7. İnsanın dünya malına məhəbbəti ona imkan vermir ki, dəyərlərin və kamilliklərin mahiyyətini dərk etsin. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 280-cı ayənin təfsiri.)

Hazırladı: Maide.az