`İzzət, güc və könül rahatlığı Qurana əməl etməkdən asılıdır` - FOTO-YENİLƏNİB

Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə Quran məclisi

Xəbər verdiyimiz kimi, Quranın nazil olduğu mübarək ramazan ayının ilk günündə – bu gün günortadan sonra Ali Rəhbər  Ayətullah Xameneinin iştirakı ilə  İmam Xomeyni (rə) adına hüseyniyyədə Quran məclisi təşkil olunub.

Maide.Az xəbər verir ki,  Başdan-başa Quranın rayihəsi və Quran mənəviyyatı ilə dolu olan bu nurlu məclisdə ölkənin müxtəlif bölgələrindən gəlmiş hafiz, ustad və qare Qurani-Məciddən ayələr tilavət edirlər, təvaşih (dini ilahilər) qrupları Uca Yaradana mədh və həmd-səna oxuyur.

Quran məclisində çıxış edən Ayətullah Xamenei bildirib ki, Quranın sözlərinin gözəlliyi bir möcüzə, böyük və mənalı anlayışları dərk etmək üçün bir pəncərədir. “Mövcud vəziyyətdə dünyanın Quran  anlayışlarına çox ehtiyacı var.  Əgər Quranın dərin mənaları insanlara günün dili ilə çatdırılarsa, mütləq daha çox təsiredici olacaq və  insanların həqiqi inkişafına zəmin yaradacaq. Ona görə ki,  izzət, güc, maddi rifah, mənəvi inkişaf, düşüncə və təfəkkürün yayılması, sevinc  və könül rahatlığı Qurana əməl etməkdən asılıdır”.

Ayətullah Xamenei bildirib ki, bu günki fırtınalı və problemli dünyada əgər  Quranın mənasına diqqət edilərsə, Quranın təsirediciliyi daha çox anlaşılacaq.

Ayətullah Xamenei  Quran tilavəti toplantılarının daha da çoxalmasının zəruriliyini vurğulayıb. “Bu günki dünyada  iman, düşüncə və şəxsiyyət boşluğu var və insanların Quran  mənalarına daha çox ehtiyacı var. Öz iman sütünlarınızı möhkəmləndirmək  və  Quran mənalarını  insanlara çatdırmağın yollarını  öyrənməklə bu  mənaları dünyaya çatdırmalıyıq. Əgər  Quranın mənaları  insanlara çatdırılarsa  Quran dünyada əsas təsiredici  vasitə olacaq, o zmaan hegemonlar, onların silahları və sionist rejim heç bir qələt edə bilməyəcək”.

Ali Rəhbər  Quran mənaları ilə tanışlığın bərəkətlərindən biri kimi  ruhun  rahatlığını göstərib və bildirib ki, bu rahatlıq  insanda Allaha və ilahi gücə imanın  artmasına zəmin yaradır.