Uzun iş günü ölümcül təhlükəlidir

Uzun iş günü ölümcül təhlükəlidir

Fransalı həkimlər müəyyən ediblər ki, ilin 50 günü ərzində sutkada ən azı 10 saat işləmiş insanlarda insult riski bundan az işləyənlərlə müqayisədə 29 faiz çox olur.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu iş rejimində 10 il və daha çox müddət çalışmış insanlarda insult riskinin 45 faiz çox olduğu məlum olub.
 
Tədqiqatda 18-69 yaşlarında 149 nəfər iştirak edib. Müəyyən olub ki, uzun iş günü ən çox yaşı 50-dən aşağı olan insanların sağlamlığına təsir edir.
 
Bu cür iş rejimi ən az biznes sahiblərinin, fermerlərin və menecerlərin sağlamlığına mənfi təsir göstərir, çünki onlar qərar verməkdə və iş gününün təşkilində daha azaddırlar.
 
Qeyd edək ki, mayın sonlarında Ümumdünya Səhiyyə Təşkilatı iş yerində xroniki stressi xəstəlik kimi təsnif edib.
 
 
 
 

Google+ WhatsApp ok.ru