Uzun iş saatları təhlükəli xəstəliyə səbəb olurmuş

Uzun iş saatları təhlükəli xəstəliyə səbəb olurmuş

ABŞ-da aparılan araşdırmalar uzun iş saatlarının yüksək qan təzyiqinə səbəb olduğunu üzə çıxarıb.

Maide.Az “Yeni Sabah” a istinadla xəbər verir ki, araşdırma çərçivəsində Kanadada yaşayan 3 min 500-dən çox işçinin sağlamlıq vəziyyəti təhlil edilib. Məlum olub ki, həftədə 49 saat və daha çox işləyən insanlarda gizli hipertəzyiqin olması ehtimalı 70 faiz, hizpertəzyiq ehtimalı isə 66 faiz artır.

Həftə ərzində 41-48 saat işləyənlərdə isə bu xəstəliyə yaxalanma riski müvafiq olaraq 54 və 42 faiz artır.

Araşdırma zamanı iş gərginliyi, yaş, cins xüsususiyyətləri, təhsil, siqaret istifadəsi və s. kimi faktorlar da nəzərə alınıb.

Dünya Səhiyyə Təşkilatına görə, hazırda dünyada 1 milyarddan çox insan yüksək qan təzyiqindən əziyyət çəkir. Hipertəzyiq ürək xəstəlikərinə, iflicə və hətta ölümə səbəb ola bilir. 

Google+ WhatsApp ok.ru