Uşaqlara bağ işlərini necə öyrətmək olar?

Uşaqlara bağ işlərini necə öyrətmək olar?

Uşaqların inkişafına təmin edib sosiallaşmasına səbəb olan tədbirlərdən biri də bağ işləri ilə məşğul olmalarıdır.
 
Bu vəziyyətdə etməli olduğunuz ilk iş isə, torpağı hazırlamaq və əkin işlərini uşağınızla birlikdə etməyinizdir.
 
Oktyabr üçün kartof tərəvəzi yaxşı seçim ola bilər. Çünki kartofu əkəndə birbaşa özünü əkirsiniz. Uşağınızla birlikdə bağda əkə biləcəyiniz digər məhsullar isə bunlardır:
 
Pomidor
Böyüdülməsi, həm də dadı, həm də görüntüsünə görə olduça zövq vericidir.
 
Günəbaxan
Çiçək açma dövrünün sadəcə 2 aya qədər bir müddət çəkməsilə, verdiyi tumları ləzzətlə yemək olar.
 
Kök
Toxumunu torpağa əkərək böyüyən kökün, uşaqlar üçün yığımı da əyləncəli ola bilər.
 
Kahı
Böyüməsi 40-50 günü çəkir. Kahıları əkmək isə, uşağınızın salatı sevməsini asanlaşdıracaq.
 
Əgər uşağınız bunları etməyəcək qədər kiçik bir yaşdadırsa, onların marağını artırmaq üçün evinizdə müxtəlif tənzimləmələr edə bilərsiniz. Məsələn, evinizin hər hansı bir hissəsinə müxtəlif çiçəklər əkərək, otağınızı təravətləndirə bilərsiniz.
 
“Bağda onsuz da gül-çiçək var, evin içində nə ehtiyac var buna”, deyirsinizsə, onda alternativ bir variant kimi bəzək balığı üçün də bir işlər görə bilərsiniz. (deyerler) /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru