Uşaqlarda beynin güclü işləməsində xarici dil faktoru

Uşaqlarda beynin güclü işləməsində xarici dil faktoru

Dünya əhalisinin yarısının iki və ya daha çox dil bilməsi ehtimal olunur. Kanadalı alimlər bunun özü ilə birgə hər hansı bir üstünlük gətirib gətirmədiyini araşdırmağa çalışıblar. Nəticədə aşağıdakı mәlumatlar ortaya çıxıb.
 
Monreal Konkordia Universitetinin alimləri apardıqları bir araşdırmaya əsasən, uşaqlara böyüyərkən öyrədilən dillərin sayının çox olması beynin işləmə qabiliyyətini gücləndirir. Yəni, iki dil bilәn uşaqların tək dil bilәn uşaqlardan daha yaxşı zehni idarəyə sahib olduqları və fərqli dillər arasında keçid etmə bacarığı artdıqca zehni idarədə də bir artımın olduğu müşahidə edilir.
 
Konkordia Psixologiya İnstitutunun rəhbəri və araşdırmanın məsulu Prof. Diana Pol-Dübua, uşaqların yaşı artdıqca və söz əzbərləmələri genişləndikcə bir dildən digərinə keçid etmələrinin sürətli olduğunu bildirib. Bunun nəticəsində iki dil öyrənərək böyüyən kiçik uşaqların tək dil öyrənərək böyüyən kiçik uşaqlara nisbətdə daha çox problem həll etməyə tәmәrküzlәşir və problem həll etmədə daha müvəffəqiyyətli olurlar.
 
Araşdırmanın ilkin mərhələsində 24 ayına çatmış 39 iki dil bilәn və 43 tək dil bilәn uşağın söz ehtiyyatı dəyərləndirilib. İkinci mərhələdə eyni uşaq qrupu 31 ayına çatdıqda yoxlamaya götürülüb. Mütəxəssislər uşaqların dərk rahatlığı və yaddaş bacarıqlarını test etmək məqsədi ilə onlara həll etmələri üçün müəyyən suallar soruşulub vә cavab vermələrini istəyiblər.
 
Professor Pol-Dübuanın əldə etdiyi qənaətə görə, əsasən iki dil bilәn uşaqlarla tək dil bilәn uşaq arasında bir fərq yoxdur. Lakin qarşıdurmanın qarşısını alma testində (Conflict İnhibition Test) iki dil bilәn uşaqlar daha çox yaxşı nəticəlәr əldə ediblər. Bu test mərhələsində bir sual ilə problemi həll etmədə uşağın təqib etməli olan qayda bacarığı da sınaqdan keçirilib. Eyni sual fərqli bir şəkildə ifadə olunub. Buradakı məqsəd uşaqların problemi həll etmə elastikliyini yoxlamaq olub. İki dil bilәn uşaq fərqli yanaşma rahatlığını göstərərək, problemi asanlıqla həll edə bilsə də, tək dil bilәn uşaq bu rahatlığı göstərə bilməyib.
 
Alimlər əldə etdikləri nəticələri Tətbiqi Uşaq Psixologiyası jurnalında dərc ediblər. (deyerler) /

Google+ WhatsApp ok.ru