Uşaqları gözləyən böyük təhlükə - Yüksək təzyiq

Uşaqları gözləyən böyük təhlükə - Yüksək təzyiq

-- baş ağrısı, baş gicəllənməsi, qulaq cingildəməsi...

Uşaq nevroloji mütəxəssisi Arifə Uslu Gökçəoğlu yüksək təzyiqin böyüklərdə olduğu kimi, uşaqlar və yeni doğulan körpələrdə də müşahidə edildiyini bildirib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu hal uşaqlarda gözlənmədiyi üçün adətən valideynlərin diqqətindən yayınır.
 
Mütəxəssis deyib ki, baş ağrısı, baş gicəllənməsi, qulaq cingildəməsi, burun qanaması, görmə pozqunluğu, hüzursuzluq, tərlənmə, ürək bulanması, sürətlə çəki itirilməsi, tez yorulma və s. narahatlıqlar yüksək təzyiqin əlamətləri kimi dəyərləndirilməlidir.
 
O sözlərinə əlavə edib ki, uşaqlarda yüksək təzyiq müşahidə ediləndə, bunun başqa bir səbəbi mütləq araşdırılmalıdır:
 
“Xüsusilə böyrəklə əlaqəli xəstəliklər, şişmanlıq, ürək xəstəlikləri, əsəb sisteminin pozulması, ağciyər xəstəlikləri də yüksək təzyiqə səbəb ola bilir. Odur ki, yüksək təzyiq müşahidə edildiyində vaxtında üstünə düşülməli və əsl səbəbi tapılmalıdır.
 
Son zamanlar hərəkətsiz yaşam, vaxtın çoxunun telefon və televizor qarşısında keçirilməsi, hazır qidaların istifadə edilməsi də artıq çəkinin, nəticədə isə yüksək təzyiqin də yaranmasına səbəb ola bilir”.
 
O, həm böyüklər, həm də kiçiklərin çox duz istifadə etməməsini, həmçinin, gündə 30-60 dəqiqə idman etməsini məsləhət görüb.
 

Google+ WhatsApp ok.ru