Uşaqların namaz qılmağı öyrənməsi üçün 3D formatlı “Namaz” simulator

Uşaqların namaz qılmağı öyrənməsi üçün 3D formatlı “Namaz” simulator

Namazı düzgün qılmağı öyrənmək məqsədilə 3D formatlı “Namaz” simulator oyunu istifadəyə verilib. 
 
Maide.Az xəbər verir ki, 3D formatlı “Namaz” simulator oyununda gündəlik namazların qılınma qaydası, dəstəmaz alınması, təyəmmüm, azan və iqamə uşaqlara oyunla öyrədilir. 
 
Oyun ibadətin tərtiribi və davamlılığı istiqamətində aparılır və hər mərhələnin sonunda oyunçuya xallar verilir. 
 
Oyunçular oyuna başlamamışdan öncə əhkam bölümünü diqqətlə oxumalı və hər əməlin necə yerinə yetirilməsini öyrənməlidir.  
 
Oyunda namazdan öncə hansı əməllərin yerinə yetirilməsi, namazın düzgün qılnma şərtləri, namazı, dəstəmazı, təyəmmümü və qüslu batil edən əməllər, gündəlik namazların düzgün qılma qaydası, namazın qılınma yeri, vacib və müstəhəb zikirlər və mənaları uşaqlara öyrədilir. 
 
Oyunda uşaqlara namaz haqqında müxtəlif hədislərdə uşaqlara öyrədilir. 3d formatlı oyun İranda istehsal olunub və bu linkdə pulsuz istifadəçilərin ixtiyarına verilib. /
 
یکشنبه// بازی نمازگزار در فضای مجازی+دانلود
 
یکشنبه// بازی نمازگزار در فضای مجازی+دانلود

Google+ WhatsApp ok.ru