Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

Həzrət Əli (ə) buyurur:
“Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”



Vəkillər çıxış etməkdən imtina etdi – Şeyx Sərdarın məhkəməsində nələr oldu? -VİDEO

Tarix : 25-09-2017 14:11

"Məhkəməyə heç kim buraxılmırdı. Yalnız biz vəkillər və yeddi nəfər ailə üzvü məhkəmədə iştirak edə bildi. Hətta bizi də əvvəl məhkəmə zalına buraxmaq istəmirdilər".
 
Bunu Maide.Az-a açıqlamasında vəkil Yalçın İmanov bildirib. O, qeyd edib ki, çoxlu sayda polis əməkdaşları, PPX avtomobilləri ərazidə idi. “Vəkillər buna etiraz əlaməti olaraq məhkəmədə çıxış etməkdən imtina etdi. Yalnız Şeyx Sərdar özü danışdı və qanunsuz həbs edildiyini bildirdi. Qısa müşavirədən sonra hakimlər Masallı rayon məhkəməsinin qərarını qüvvədə saxladı”.
Y. İmanov onu da bildirib ki, hökmdən kasasiya şikayəti veriləcək.
 
Vəkil Cavad Cavadov Maide.Az-a açıqlamasında bildirib ki, məhkəmənin qərarı qüvvədə saxlaması bir daha ədalətsiz addım atıldığını göstərdi. Həmçinin məhkəməyə yaradılan süni maneələr də qəbuledilməzdir. 
C. Cavadov Şeyx Sərdarın ona dəstək verən hər kəsə təşəkkür etdiyini də əlavə edib. 
 
Qeyd edək ki, məhkəmədə vəkillər Y.İmanov və Cavad Cavadov bu cür davranışa etiraz edib. Onlar deyib ki, S.Babayevin məhkəməsinin adı "açıq" olsa da, faktiki qapalı keçirilir, prosesi izləməyə gələn şəxslərin məhkəmədə iştirakına imkan verilmir. Vəkillər etiraz olaraq, məhkəmədə müdafiə çıxışından imtina edib.
 
S.Babayev özü isə çıxışında haqqındakı hökmün qanunsuz və əsassız olduğunu bildirib. Konkret faktları sadalayan ilahiyyatçı deyib ki, məsciddə namaz qılmağa, xütbə oxumağa görə adamı həbs etmək absurddur. O, hökmün ləğv olunmasını və bəraət verilməsini istəyib.
Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbarahimoğlu Şeyx Sərdar Hacıhəsənlinin apelyasiya məhkəməsi tərəfindən həbsdə saxlanmasına münasibət bildirərkən deyib ki, illər öncə bir ibarə işlənmişdi ki, bu ölkədə müsəlmanların dini çoxluq olmasına rəğmən dini azlıqlar qədər hüquq və azadlıqları yoxdur. “Bu gün namaz üstündə həbs edilən bir ruhaninin növbəti instansiya məhkəməsində yenə həbsdə saxlanması bir daha onu sübut edir ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dini azlıq qədər hüquq və azadlıqları qorunub təmin olunmur”.
 
O, qeyd edib ki, dünyanın bütün ölkələrində müsəlman olan şəxsin fundamental hüququ olan namaza heç bir maneə yoxdur. “Lakin təəssüflər olsun ki, Azərbaycanda “namaz məhbusu” anlayışı meydana çıxıb. Çünki namaz elə bir anlayışdır ki, istər cəm şəkildə, istərsə də fərdi olaraq qılınarsa, buna maneə olmağın heç bir izahı yoxdur. Amma təəssüf ki, bu gün biz bunu yaşayırıq. Əslində namaza görə həbs Azərbaycan adına bir utancverici məsələdir. Həm hüquqi, həm də mənəvi baxımdan bu qəbuledilməzdir”.
 
Xatırladaq ki, bu gün Şirvan şəhər apelyasiya məhkəməsində, namaz məhbusu, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında saat 9:30-da məhkəmə prosesinin keçirilib.
 
Apellyasiya Məhkəməsində Rafiq Cəlilovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını və S.Babayevin 3 il azadlıqdan məhrum edilməsi haqda Masallı Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.
 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 19:18