Vəhhabilərin hücumu ilə bağlı araşdırma aparılır

İyulun 4-də Bakının Müşfiqabad qəsəbəsində iftar süfrəsi açan inanclılara bir neçə vəhhabinin hücum etməsi barədə məlumat vermişdik. Onlar iftar süfrəsini yığışdıranlara ağır zərbələr endirdikdən sonra məscidin çölündə olan dindarlar yenidən məscidə qayıdıblar və ara sakitləşib. Vəhhabilər inanclıları ölümlə hədələməkdən belə çəkinməyiblər.
 
Dünən baş verənlərdən sonra zərərçəkmişlərin Qaradağ rayon 10-cu polis bölməsində ifadələrinin alındığı barədə məlumat vermişdik. “İslamazeri.az” saytı sözügedən bölmə ilə əlaqə saxladı. İlk öncə bölmənin növbətçi hissəsindən bildirildi ki, “Biz hazırda yeni növbəyik. Dünən baş verənlərlə bağlı heç bir şey deyə bilmərik. Yaxşı olar ki, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın.”
 
Daha sonra tədqiqatçı Fuad məllimlə əlaqə saxladıq. Bölmənin tədqiqatçısının saytımıza bildirdiyinə görə iş üzrə araşdırılma getdiyindən, bu barədə hələlik mətbuata məlumat verilmir.

Google+ WhatsApp ok.ru