Vətəndaşlara yarım milyon manat ziyan: cinayət işi qaldırıldı

“Dağlar” Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxsləri barədə ayrı-ayrı vətəndaşların müraciətləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Sentyabrın 23-də Baş Prokurorluğun yaydığı rəsmi məlumatda deyilir ki, MTK-nın vəzifəli şəxslərinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. /

Google+ WhatsApp ok.ru