Vəlid Müəllim: ABŞ İŞİD-in yerinə alternativ terror təşkilatı yaratmaq istəyir

Suriya xarici işlər Naziri ABŞ və müttəfiqlərinin İŞİD-in yerinə yeni bir terror təşkilatı yaratmaq istədiklərini açıqlayıb. 
 
Maide.az-ın məlumatına görə, Suriya Vəlid Müəllim "əl-Meyadin" televiziyasına verdiyi müsahibədə belə danışıb: "ABŞ və müttəfiqlərinin İŞİD-ə qarşı döyüşmək niyyətləri yoxdur. Onlar İŞİD-ə alternativ terror təşkilatı yaratmaq istəyirlər. Necə ki, bunlar Suriya böhranı zamanı davamlı ifratçı müxalif ünsürlərə silah dəstəyi verdilər." 
 
Suriya ordusu və millətinin ifrat terrorçu ünsürlərə qarşı ən gözəl mübarizə nümunəsini göstərdiyini deyən Vəlid Müəllim belə davam edib: "Əgər belə davam etsələr, siyasi həll yolunu tamamilə ortadan qaldıracaqlar. Çünki ortaya başqa bir İŞİD çıxaracaqlar. Həqiqətən həll istəyirlərsə, Suriyanın gələcəyini qurmaq istəyən milli müxaliflərlə siyasi həll yolları axtarılmalıdır. Çöldən əmr alan və beş ulduzlu otellərdə qəbul edilən kuklalarla bu iş icra edilə bilməz. Çox yaxşı bilinməlidir ki, prezident seçkisində ortaya çıxan mənzərəni həzm edə bilməyən və millətin iradəsinə hörmət etməyənlərin Suriyada siyasi həll yolu axtarması mümkün deyil. Suriyada siyasi həll yolu istəyənlər, xalqın iradəsinə hörmət etməlidir. "

Google+ WhatsApp ok.ru